Bank Of Baku

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib
# 25 oktyabr 2016 09:07 (UTC +04:00)

Bakı - APA-Economics. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon "Kalsiy Folinat", 9 flakon "Citozar", 6 flakon "Docetaxel AqVid", 20 flakon "Gemcitabin", 98 flakon "Ciklofosfan", 9 flakon "Docetaxel Accord", 30 flakon "Oxaliplatin", 30 flakon "Oncosid" və hər birində 5 ampula olmaqla 6 qutu "Oncofluor" dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR