Bank Of Baku

Azərbaycan Gürcüstan iqtisadiyyatına kapital qoyuluşunu artırıb

Azərbaycan Gürcüstan iqtisadiyyatına kapital qoyuluşunu artırıb
# 13 mart 2014 09:07 (UTC +04:00)

APA-nın Gürcüstan Milli Statistika Departamentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun dərc etdiyi ilkin hesabatda deyilir.


Məlumata əsasən, 2013-cü ildə xarici ölkələr Gürcüstan iqtisadiyyatına ümumilikdə 914 mln. dollar vəsait yatırıb və bu göstərici 2012-ci illə müqayisədə təxminən eyni səviyyədə qalıb.


Hesabata əsasən, Gürcüstana daha çox Niderland (180 mln. dollar), Lüksemburq (145 mln. dollar), Çin (98 mln. dollar) sərmayə yatırıb. Azərbaycan isə bu sırada 4-cü yeri tutur. Azərbaycan kapitalı ötən il Gürcüstana yatırılan xarici sərmayənin strukturunda 10% paya malikdir.


Gürcüstana yatırılan sərmayələr əsasən energetika, maliyyə, nəqliyyat sektoruna aid olub.

Hesabatda həmçinin qeyd olunur ki, 2013-cü ilin son rübündə Azərbaycan Gürcüstana 72 mln. dollar sərmayə yatırıb və bu göstəriciyə görə ölkəmiz lider olub.


Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Gürcüstana 59 mln. dollar ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR