Bank Of Baku

Azərbaycan Gürcüstanın ən iri investoru ünvanını qoruyur

Azərbaycan Gürcüstanın ən iri investoru ünvanını qoruyur
# 04 oktyabr 2016 11:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin I yarısında Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Azərbaycan liderdir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.

 

Hesabat dövründə Azərbaycan Gürcüstana 283 mln. dollar yatırıb ki, bu da ümumi ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 34%-ə bərabərdir.

 

Azərbaycanın ardınca Böyük Britaniya və Türkiyə qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 180 və 85 mln. dollardır.

 

Qeyd edək ki, yanvar-iyun ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 834 mln. dollardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR