Bank Of Baku

Azərbaycan hökuməti təbii inhisarların siyahısını təsdiq edib

Azərbaycan hökuməti təbii inhisarların siyahısını təsdiq edib
# 29 iyul 2013 14:30 (UTC +04:00)

«APA-Economics»in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, «Azərbaycanın Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycanın 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli  Qanununun tətbiqi barədə» Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti «Təbii inhisar subyektlərinin Siyahısı»nı təsdiq edib.

 

Siyahıda 141 müəssisə, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi, «Azəriqaz» İstehsalat Birliyi, «Azneft» İstehsalat Birliyi, Qaz İxrac İdarəsi, Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Azərbaycandakı nümayəndəliyi, «Azərenerji» ASC, «Bakıelektrikşəbəkə» ASC, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərbaycan Hava Yolları» QSC, «Naxçıvan» Beynəlxalq Hava Limanı, «Silkway Airlines» MMC, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, «Aztelekom» İstehsalat Birliyi, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliy, «Teleradio» İstehsalat Birliyi, «Azərpoçt» MMC, Dövlət Radiotezliklər İdarəsi, «Azərsu» ASC və s. təşkilatlar yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR