Bank Of Baku

Azərbaycan İpoteka Fondu auditor seçir

Azərbaycan İpoteka Fondu auditor seçir
# 13 oktyabr 2016 16:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Azərbaycan İpoteka Fondu" ASC-nin 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu elan edib.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, satınalmada iştirak haqqı 150 manatdır.

 

Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə 7 noyabr tarixinədək qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da cəmiyyətin inzibati binasında açılacaq.

 

Satınalmanın nəticəsi nizamnaməyə uyğun olaraq cəmiyyətin müşahidə şurası tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR