Bank Of Baku

Azərbaycan maliyyə naziri BVF-nin nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan maliyyə naziri BVF-nin nümayəndə heyətini qəbul edib   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 14:58 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Məsud Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatının perspektivləri, ölkənin iqtisadi siyasətindəki prioritetlər, qeyri-neft sektorunun inkişafı, həmçinin BVF-nin Azərbaycan hökumətinə göstərəcəyi texniki yardımın istiqamətləri barədə müzakirələr aparılıb.

 

Azərbaycan hökuməti ilə BVF arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu qeyd edən M.Əhməd ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Fond tərəfindən dəstəkləndiyini vurğulayıb.

 

Tərəflər Azərbaycanla BVF arasında IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində səmərəli dialoqun davam etdirilməsi, eyni zamanda ölkənin prioritetləri ilə bağlı konkret sahələr üzrə orta və uzunmüddətli texniki yardımın göstərilməsi, iqtisadi inkişafın perspektivlərinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı məsləhətləşmələr aparıb.

 

Qeyd edək ki, bu, M.Əhmədin Azərbaycana ilk səfəridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR