Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləşməsinin sürətlə artmasından narahatdır

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləşməsinin sürətlə artmasından narahatdır
# 26 aprel 2013 10:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması və bu növ kreditlərin yüksək həcmləri Mərkəzi Bankı narahat edir. Bunu «APA-Economics»ə açıqlamasında Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev bildirib.

 

X.Abdullayevin sözlərinə görə, bank sistemində pərakəndə sektorun yüksək paya malik olması və bu sahədə müşahidə olunan artım iqtisadiyyat üçün müəyyən təhlükələr yaradır. Bu səbəbdən Mərkəzi Bank hazırda istehlak kreditləşməsinin limitləşməsinə dair müvafiq normativ və əmsalların hazırlanması üzrə işlər aparır. Hələlik isə Mərkəzi Bank pərakəndə bankçılıqda aparıcı mövqelərə malik olan banklarla fərdi qaydada iş aparır və həmin bankları istehlak kreditləşməsində limitləşməyə çağırır.

 

X.Abdullayev bildirib ki, bankların istehlak kreditləşməsinə böyük maraq göstərməsi təbiidir, çünki burada kredit portfelinin böyük sayda borcalanlar arasında diversifikasiya edilməsi nəticəsində risklər müəyyən dərəcədə aşağıdır, gəlirlik isə yüksəkdir.

 

Qeyd edək ki, istehlak kreditləşməsi istehlak tələbatının təmin edilməsinə xidmət edir, lakin onun həddən artıq yüksək həcmdə olması istehlak bazarında natarazlıq yaradır və bunun nəticəsində qiymətlərin artması kimi mənfi hallar baş verə bilir.

 

Azərbaycanda istehlak kreditləşməsinin bankların məcmu kredit portfelində xüsusi çəkisi artıq 34%-ə çatıb və bu göstərici ilə digər sahələr arasında birinci yeri tutur. AMB-nin əsas məqsədi də məhz bu göstəricini azaltmaqdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR