Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin sabit saxlanılmasının səbəblərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin sabit saxlanılmasının səbəblərini açıqlayıb
# 14 may 2015 14:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin əvvəlindən bəri faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin sabit saxlanılmasının səbəblərini açıqlayıb.

 

APA-Economics”in xəbərinə görə, AMB-nin pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib ki, təmsil etdiyi qurum uçot dərəcəsinə dair qərarlar qəbul edərkən bir neçə hədəfi göz önünə alır.

 

“Yaranmış şəraitdə bir tərəfdən inflyasiya riskinin tənzimlənməsi və valyutaya tələbin azaldılması üçün monetar sərtləşdirmə tələb olunur. Lakin, digər tərəfdən qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək və maliyyə sabitliyini qorumaq üçün monetar yumşalma tələb olunur. Bu hədəflər bir-birini balanslaşdırdığına görə, uçot dərəcəsinin dəyişməz saxlanması qərara alınıb”, - deyə A.Ələsgərov vurğulayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR