"APA-Economics" xəbər verir ki, AMB-nin rəsmi valyuta ehtiyatları iyun ayında 1,1% və ya 89,4 mln. dollar artıb.
Beləliklə, uzunmüddətli azalmadan sonra artıq 3-ü aydır ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində artım müşahidə olunmaqdadır.
Xatırladaq ki, azalma tendensiyası 2014-cü ilin avqusta ayından etibarən başlayıb. Avqustadək valyuta ehtiyatları artım dinamikası nümayiş etdirərək 15 mlrd. 193,4 mln. dollaradək artıb.