Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 133 mln. 587,74 min dollar dəyərində 345 min 173,80 ton neft məhsulları ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-may ayları ilə müqayisədə 384 min 281,74 ton və ya 2,11 dəfə, məbləğ baxımından isə 22 mln. 629,89 min dollar və ya 14,49% azdır.
Yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracından neft məhsullarının payı 3% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 156 mln. 217,03 min dollar dəyərində 729 min 455,54 ton neft məhsulu ixrac edib.