Bank Of Baku

Azərbaycan qeyri-neft məhsullarının ixracını 11% artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını 11% artırıb
# 15 sentyabr 2015 10:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 127 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 28-i Amerika, 41-i Asiya ölkələri, 28-i isə digər ölkələrdən olub.

 

Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 15 mlrd. 953,3 mln. dollar, o cümlədən ixracın həcmi 10 mlrd. 647,9 mln. dollar, idxalın həcmi 5 mlrd. 305,4 mln. dollar təşkil edib, nəticədə 5 mlrd. 342,5 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

 

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

 

Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,4% artaraq 973,4 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR