Bakı. Nicat Mustafayev – APA-Economics. Mart ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «BoB Broker» MMC başçılıq edir.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 21,986 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yerdə müştərilərə ümumilikdə 18,400 mln. manatlıq broker xidmətləri göstərmiş «Standard Capital» şirkəti qərarlaşıb. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yeri 15,830 mln. manatla «Texnika Capital Management» şirkəti tutub.
|
Mövqe (mart, 2013) |
Mövqe (fevral, 2013) |
Brokerlər |
Əməliyyatların həcmi (AZN) |
|
1 |
3 |
BoB Broker |
21 986 234,65 |
|
2 |
- |
Standard Capital |
18 399 911,90 |
|
3 |
6 |
Texnika Capital Management |
15 829 635,48 |
|
4 |
4 |
Pasha Capital |
12 532 812,20 |
|
5 |
5 |
Brokdil-Az |
8 251 876,76 |
|
6 |
2 |
Chelsea Capital |
7 463 293,73 |
|
7 |
1 |
Unicapital |
7 208 054,90 |
|
8 |
8 |
Caspian Financial |
509 598,98 |