Bank Of Baku

Azərbaycan Tbilisidə keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısında iştirak edir

Azərbaycan Tbilisidə keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısında iştirak edir
# 14 may 2015 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə AYİB-in əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

 

İllik Toplantıda AYİB-in növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə ediləcək. Tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdir, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edir.

 

AYİB-in Müdirlər Şurasının İllik Toplantısı mayın 15-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR