Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sərhəd keçid məntəqələrində Azərbaycan vətəndaşlarının İrana keçidi zamanı meydana çıxan ləngimələrin aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirən İran tərəfi yaxın zamanlarda bu ölkənin Astara gömrük buraxılış məntəqəsində X-Ray yoxlama aparatı quraşdırılacağını bildirib. Bu qurğu vasitəsilə daşınan malların yoxlanılması daha da sürətlənəcək.
Görüşdə mal və nəqliyyat vasitələrinin, həmçinin sərnişinlərin keçidinin intensiv şəkildə davam etdirilməsinin təşkili ilə bağlı hər iki tərəfin fasilə vaxtları, o cümlədən bayram günlərinin siyahısının mübadilə edilməsi barədə razılıq əldə olunub.
Tədbirdə Azərbaycanda daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin İran ərazisinə daxil olmaları zamanı yaranan problem qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə şəxsi nəqliyyat vasitələri ilə İran ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının gecikmələrlə üzləşməsinin avtonəqliyyat vasitələrinə tətbiq edilən sığortaları yazan şirkətlərlə bağlı olduğunu bildirib. Qeyd olunub ki, həmin şirkətlərin lisenziyalarının vaxtaşırı bitməsi ilə bu cür problemlər meydana çıxır. Bununla əlaqədar İran tərəfi yaxın vaxtlarda problemin həll ediləcəyini söyləyib.