Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan və Kamboca iki ölkə arasında bir çox sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ikitərəfli komissiyanın yaradılması ilə bağlı ilkin razılaşma əldə edib”.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini San Çanthol bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında investisiyaların qorunub saxlanılması üçün bağlanacaq sazişin hazırlanması başa çatmaq üzrədir: “Bundan başqa, ölkələr arasında ikiqat vergiqoymalara yol verilməməsi üçün qarşılıqlı sazişin bağlanmasına hazırlaşırıq. İqtisadi əlaqələrimizi artırmaq bizim marağımızda olduğu üçün 2015-ci ildə ticarət dövriyyəsini 100 mln. ABŞ dollara çatdırmağı planlaşdırırıq”.