Bank Of Baku

Azərbaycanla Rusiya gömrükçüləri hüquqpozmalara qarşı birgə mübarizəni müzakirə edib

Azərbaycanla Rusiya gömrükçüləri hüquqpozmalara qarşı birgə mübarizəni müzakirə edib
# 06 iyun 2017 15:49 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüş keçirilib

 

Bu gün Rusiyanın Yessentuki şəhərində bu ölkənin və Azərbaycan gömrük xidmətlərinin gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüşü keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

 

Görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban dostluq və qonşuluq əlaqələrinə söykənən əməkdaşlığın mövcud olduğu və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyi bir daha vurğulanıb. Xüsusilə, ölkələrimiz arasında uzunmüddətli iqtisadi əlaqələrin hər iki tərəfin iqtisadi təhlükəsizliyi təmin edilməklə bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs olunub.

 

Eyni zamanda, ikitərəfli görüş çərçivəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı birgə mübarizə məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR