Bu ilin yanvar ayı ərzində Azərbaycan 4 mln. 935,64 min ABŞ dolları dəyərində 840,60 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 432,23 ton və ya 33,96% azdır. Məbləğ baxımından isə illik nisbətdə 951,87 min dollar və ya 23,89% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 3 mln. 983,77 min dollar dəyərində 1 272,83 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,72%-ni təşkil edib.