Bank Of Baku

Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
# 31 may 2017 13:48 (UTC +04:00)

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq tibbi müayinədən keçirilib.

 

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bağlamada olmaqla, narkotik vasitələr - xalis çəkisi 222,565 qram heroin və xalis çəkisi 12,545 qram tiryək aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR