Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda məhkəmə sisteminin saxlanması xərcləri üçün 2015-ci il dövlət büdcəsindən 52,3 milyon manat ayrılması proqnozlaşdırılır.
APA-nın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən açıqlanmış dövlət büdcəsi layihəsində qeyd olunub. Məlumata görə, bu, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat, yaxud 34,0 faiz çoxdur.
Eyni zamanda 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.