Bank Of Baku

Azərbaycanda avronun məzənnəsi 2007-ci ilin sentyabr ayının maksimumunu yeniləyib

Azərbaycanda avronun məzənnəsi 2007-ci ilin sentyabr ayının maksimumunu yeniləyib
# 18 iyun 2015 06:35 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05% azalaraq 1,0474 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0099 manat və ya 0,84% bahalaşaraq 1,1900 manat olub.

 

Qeyd edək ki, sonuncu dəfə avronun məzənnəsi bu səviyyəyə 2007-ci ilin sentyabrın 19-da yüksəlib. Həmin il Avrozonanın vahid valyutasının məzənnəsi 1,2400 manatadək yüksəlməyə bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR