Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 106,8 mln. manat və ya 23,7% artaraq 2014-cü il aprelin 1-nə 21 418,6 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin mart ayı ərzində aktivlərin həcmi 600,14 mln. manat və ya 2,8% artıb.
Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 14 573,8 mln. manat və ya ümumi aktivlərin 68%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 859 mln. manat həcmində olan investisiyalar, 1 215,3 mln. manat həcmində olan müxbir hesabları, 1 002,1 mln. həcmində nağd vəsaitlər, 1 108 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər, eləcə də 1 660,4 mln. manat həcmində digər aktivlər tutur.
Passivlərin strukturunda isə 9 393,3 mln. manat depozitlər, 7 172,5 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 434,7 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 418,1 mln. manat təşkil edib.