Bank Of Baku

Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb
# 08 oktyabr 2014 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 627,98 mln. manat və ya 24,46% artaraq 2014-cü il sentyabrın 1-nə 23,547 mlrd. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin avqust ayı ərzində aktivlərin həcmi 258,41 mln. manat və ya 1,1% artıb.

 

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 15 986 mln. manat və ya ümumi aktivlərin 67,9%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 019 mln. manat həcmində olan investisiyalar, 1 584,7 mln. manat həcmində olan müxbir hesabları, 945,7 mln. həcmində nağd vəsaitlər, 1 110 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 901,1 mln. manat həcmində digər aktivlər tutur.

 

Passivlərin strukturunda isə 10 174,6 mln. manat depozitlər, 7 976,2 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 646,7 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 749,4 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR