Bank Of Baku

Banklar Azərbaycan Mərkəzi Bankına prudensial hesabatları gündəlik olaraq təqdim etməyə başlayıb

Banklar Azərbaycan Mərkəzi Bankına prudensial hesabatları gündəlik olaraq təqdim etməyə başlayıb
# 17 mart 2015 08:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Fevral ayının ortalarından etibarən Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları Mərkəzi Banka prudensial hesabatları gündəlik olaraq təqdim etməyə başlayıb.

 

Bunu “APA-Economics”ə Pakistan Milli Bankının Bakı filialının baş menecerinin müavini Sahib Quliyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən banklara prudensial hesabatları ayda bir dəfə deyil, hər gün təqdim etmək barədə tapşırıq verib.

 

“Azərbaycan Mərkəzi Bankının konstitusion funksiyası banklara nəzarət etməkdir. Mərkəzi Bank prudensial hesabatı aylıq da tələb edə bilər, hətta hər əməliyyatdan sonra da tələb edə bilər. Bu, Mərkəzi Bankın səlahiyyətində olan məsələdir. Mərkəzi  Bank nəzarət funksiyasını həyata keçirir. Bu baxımdan, prudensial hesabatın ayda bir dəfə yox, gündəlik təqdim edilməsi banklar üçün heç bir problem yaratmayacaq, bu sahədə heç bir çətinlik olmayacaq”, - deyə S. Quliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR