Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin aprelin 1-nə 13 308,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 295,4 mln. manat və ya 20,8% artıb. O cümlədən, martda depozitlərin həcmi 381,5 mln. manat və ya 3% artıb.
Depozitlərin tərkibində 6 656,3 mln. manatı və ya 50%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin aprelin 1-nə nisbətən 1 120,3 mln. manat və ya 20,2% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin aprelin 1-nə 6 651,7 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 174,9 mln. manat və ya 21,5% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 3 610,4 mln. manatı və ya 54,3%-i maliyyə təşkilatların depozitlərinin, 3 041,3 mln. manatı və ya 45,7%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatların depozitləri 1 005 mln. manat və ya 38,6%, qeyri-maliyyə təşkilatların depozitləri isə 169,9 mln. manat və ya 5,9% artıb.