Azərbaycanda banklardan kredit alanların sayı 3% artıb

Azərbaycanda banklardan kredit alanların sayı 3% artıb
# 07 may 2014 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 202 mindən çox sorğu daxil olub.

AMB-dən “APA–Economics”ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə mart ayında MKR-ə ümumi müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, fevral ayında reyestrə 216 223 sorğu daxil olduğu halda, mart ayında bu rəqəm 202 380 təşkil edib. Bu sorğuların 198 152 banklar tərəfindən edilib, 4 228 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Bu ilin I rübünün göstəricilərini təhlil edəndə məlum olur ki, fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə mart ayında reyestrə daxil olan sorğular 2,4 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1 799, fevral ayında 3 452 nəfər kredit tarixçəsini öyrənmək istəyib, mart ayında isə bu göstərici 4 228-ə yüksəlib.

Ümumiyyətlə, yanvar-mart ayları ərzində MKR-ə ən çox müraciət fevral ayında olub.

Qeyd edək ki, ilin əvvəlindən cəmi borcalanların sayı 2,7% artaraq aprelin 1-nə 2 042 650 nəfər təşkil edib. Bunun da 10 304 nəfəri hüquqi, 2 15 381-ni fiziki şəxslər, 16 965 nəfəri sahibkarlıq subyektləridir.

Mart ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 042 650, kredit məlumatlarının ümumi sayı isə 7 096 386 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 918 484-dür.

Qeyd edək ki, MKR 2005-ci ilin martından fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR