Bank Of Baku

Azərbaycanda bankomatların sayı 6% artıb

Azərbaycanda bankomatların sayı 6% artıb
# 06 may 2014 07:13 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2014-ci il aprelin 1-nə 2 443 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 6,4% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, cari ilin aprelin 1-nə bankomatların 1 373-ü Bakı şəhərində, 1 070-i isə digər şəhər və rayonlarda yerləşir.

 

Aprelin 1-nə ölkə üzrə quraşdırılmış POS-terminalların sayı 34 772 ədəd olub ki, bunun 30 675-i Bakı şəhərində, 8 097-i isə regionlarda yerləşir.

 

Mərkəzi Bankın məlumatına görə, aprelin 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 13,1% artaraq 5 853 minə çatıb. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 790 min ədəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR