Bank Of Baku

Azərbaycanda BOKT-lardan biri bu il gəlirini ikiqat artırmaq niyyətindədir

Azərbaycanda BOKT-lardan biri bu il gəlirini ikiqat artırmaq niyyətindədir
# 09 fevral 2016 12:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Aqrarkredit” bank olmayan kredit təşkilatı (BOKT) 2016-2017-ci illər üçün proqnoz göstəricilərini açıqlayıb.

 

APA-Economics” xəbər verir ki, təşkilatın cari il üçün xalis aktivlər üzrə proqnozu 56 mln. manat, 2017-ci il üçün isə 70 mln. manat təşkil edir.

 

2016-cı ilin xalis aktivləri üzrə proqnoz göstəricisi 2015-ci ilin göstəricisi ilə müqayisədə 30% çoxdur.

 

“Aqrarkredit”in kredit portfelinin cari il üzrə 50 mln. manat, 2017-ci il üzrə isə 65 mln. manat olacağı proqnozlaşdırılır.

 

Təşkilatın məcmu kapitalının 2015-ci ildə olduğu kimi 2016-2017-ci illərdə də 12,8 mln. manat olacağı gözlənilir. Şirkətin gəlirlərinə gəlincə, 2015-ci ildə 300 min manat əldə edən şirkətin 2016-2017-ci illərdə müvafiq olaraq 600 min manat və 800 min manat gəlir əldə edəcəyi proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR