“Vijn Fond AzərKredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) iflas haqqında 1 saylı Bakı İnzabati-İqtisadi məhkəməsinə müraciət edib.
BOKT-dan "APA-Economics"ə verilən məlumata görə, “Vijn Fond AzərKredit” iş üzrə məhkəmə baxışı bu ilin martın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, “Vijn Fond AzərKredit” Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 9-da yerləşir.
Qeyd edək ki, “Müflisləşmə və iflas haqqında” qanunun 9-cu maddəsinə əsasən iflasla bağlı elan məhkəmə baxışının tarixinə ən geci 7 gün qalanadək rəsmi dövri mətbu nəşrdə iki dəfə elan dərc etdirilməlidir.