Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 05 aprel 2013 07:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Sığorta fəaliyyəti haqqında» qanuna müvafiq olaraq, əvvəllər verilmiş lisenziyasının müddətinin başa çatması ilə əlaqədar «Alfa Sığorta» ASC-yə 2013-cü il aprelin 3-də sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu, Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəsmi məlumatında deyilir.

 

Qeyd edək ki, 2012-ci il üzrə «Alfa Sığorta» şirkətinin yığımlarının həcmi 5,343 mln. manata bərabər olub və bu göstəriciyə görə şirkət Azərbaycandakı 28 sığorta təşkilatı arasında 18-ci olub. Şirkətin ötən il apardığı sığorta ödənişlərinin həcmi isə 1,135 mln. manata bərabər olub və bu göstəriciyə görə 17-ci yeri tutub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR