Bank Of Baku

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir
# 20 aprel 2015 06:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün aprelin 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 20-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0502 manat səviyyəsində qərarlaşıb.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0025 manat və ya 0,22% bahalaşaraq 1,1333 manat olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR