Bank Of Baku

Azərbaycanda dövlət büdcəsinin gömrük daxilolmaları 15% artıb

Azərbaycanda dövlət büdcəsinin gömrük daxilolmaları 15% artıb
# 15 iyul 2013 08:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2013-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə 639,860 mln. manat gömrük rüsum və vergiləri köçürülüb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin hesabatında deyilir.

 

Qeyd edək ki, ötən ilin 6 ayın nəticələrinə nisbətən, büdcə köçürmələrinin həcmi 14,8% artıb.

 

Hesabata əsasən, DGK-nin xətti ilə dövlət büdcəsinə köçürmələrin tərkibində 130,234 mln. manat gömrük rüsumları, 468,031 mln. manat ƏDV, 33,356 mln. manat aksizlər, 8,239 mln. manat isə yol vergisinin payına düşüb.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR