Bank Of Baku

Azərbaycanda əhalini alıcılıq qabiliyyəti 2,5% yüksəlib

Azərbaycanda əhalini alıcılıq qabiliyyəti 2,5% yüksəlib
# 15 oktyabr 2014 08:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 27,2 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% yüksəlib.

 

Bu dövr ərzində gəlirlərin 70,1%-i son istehlak xərclərinə, 11,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1%-i isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,9% çox vəsait qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR