Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 22 iyul 2013 14:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-iyun ayları üzrə 1,34 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-may aylarına nisbətən 0,01 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Bu nisbət, əsas iki xərc ödənildikdən sonra gəlirlərin əhalinin sərəncamında qalan hissəsini göstərir.

 

Yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi 9,068 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2,782 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 15,831 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 3,981 mlrd. manat və ya 33,6% üstələyib.

 

Cədvələ diqqət yetirdikdə görürük ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ilə bağlı cari vəziyyətin pisləşməsi müşahidə olunur. Belə ki, hər ilin əvvəlində indeksin 1,12-1,13-ə düşməsi, sonra onun tədricən yüksəlməsi baş verir və artıq aprel ayında 1,40 bəndinə çatır. Lakin bu il həmin tendensiya pozulub və iyunda hələ ki ötən ilin mart səviyyəsi müşahidə olunur. Bu isə son üç ay ərzində alıcılıq qabiliyyətinin artmadığını göstərir. Bu da ilk növbədə əhalinin gəlirlərinin artım tempinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, ötən ilin yanvar-iyun aylarında gəlirlərin illik artım tempi 14,2%, bu ilin yarısında isə cəmi 7,1% təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR