Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-noyabr ayları üzrə 1,41 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-oktyabr aylarının göstəricisinə bərabərdir:

Əhalinin alıcılıq qabiliyyəti indeksi ölkə əhalisinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirləri göstərir. Hazırda müşahidə olunan indeks bu il ərzində ən yüksək həddə çatıb.
Yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi 17,225 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,668 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 32,258 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,7%, xidmət xərcləri 7,3%, gəlirlər isə 7,9% artıb. Göründüyü kimi, xərclərin azalması müşahidə olunmur və beləliklə, indeksin yüksək səviyyədə olması gəlirlərin artması ilə bağlıdır. Əhalinin alıcılıq qabiliyyəti indeksi nisbi göstərici olduğuna görə, onun dəyişməsi gəlirlərin və xərclərin dinamikasından asılıdır. Göründüyü kimi, gəlirlər və xərclər mütənasib dinamika nümayiş etdirir.