Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb
# 18 fevral 2014 14:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2014-cü ilin yanvar ayı üzrə 1,17 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu da 2013-cü ilin yekun göstəricisinə nisbətən 0,26 bəndi azdır:

 

 

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir. Cədvəldən göründüyü kimi, hər ilin əvvəlində indeksin kəskin azalması müşahidə olunur.

 

Ötən ay pərakəndə ticarət dövriyyəsi 1,666 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 0,579 mlrd. manat, əhalinin məcmu gəliri isə 2,618 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,3%, xidmət xərcləri 7,8%, gəlirlər isə 3,8% artıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR