Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,8% artaraq 4 556,3 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 615,9 mln. manatı və ya 57,4%-i milli, 1 940,4 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 45,4% və 6,4% artıb. Əmanətlərin 75,1%-i özəl banklarda yerləşdirilib.
Qeyd edək ki, 2012-ci ilin oktyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,52 manat, 1 avroya 1,02 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,50 manat və 1,01 manat təşkil edib.