Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5%-dən çox artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5%-dən çox artıb
# 13 iyun 2015 10:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 2615,6 mln. manat olub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 55,5%-i hüquqi şəxslərdə yaranmış və bu müəssisələrdə əhaliyə 1931,4 mln. manatlıq xidmət göstərilib. Bu ötən ilin müvafiq dövrünün göstəricisini 4,0% üstələyib.

 

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla ayda 55,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR