Bank Of Baku

Azərbaycanda əmtəə bazarı bir ildə 10%-ə yaxın artıb

Azərbaycanda əmtəə bazarı bir ildə 10%-ə yaxın artıb
# 11 iyun 2015 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox əmtəə satılıb.

 

"APA-Economics"in Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-i qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2% bəndi artıb.

 

Bu ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artaraq 4,9 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslərin, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.

 

Bu ilin yanvar-may aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 372,4 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR