Bank Of Baku

Azərbaycanda ən çox rəsmi işsiz statusu alanlar Aran iqtisadi rayonunun payına düşür - TƏHLİL

Azərbaycanda ən çox rəsmi işsiz statusu alanlar Aran iqtisadi rayonunun payına düşür - <span style="color: red;">TƏHLİL
# 22 yanvar 2015 10:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,7 min nəfər olub.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Hesabat dövründə ümumi işsiz statusu alanlardan 1 613 nəfəri işsizliyə görə müavinət alıb.

 

Məlumata əsasən, ölkədə işsizlərin 45,9%-i Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşüb. Belə ki, Bakı şəhərində 11 448 nəfər, Abşeron iqtisadi rayonunda isə 1732 nəfər rəsmi işsiz statusu alıb. Ötən il Bakı üzrə 701, Abşeron iqtisadi rayonu üzrə 165 nəfərə işsizliyə görə müavinət verilib.

 

Ümumiyyətlə, rəsmi işsiz statusu alanların sayına görə, Aran iqtisadi rayonu siyahının lideridir. Belə ki, bu iqtisadi rayon üzrə 7 195 nəfər rəsmi işsiz statusu alıb ki, onlardan 241 nəfərinə işsizliyə görə müavinət verilib.

 

Adıçəkilən iqtisadi rayon üzrə işsiz statusu Mingəçevir şəhərinin sakinlərinə verilib - 1 568 nəfər. İkinci yerdə qərarlaşan Bərdə rayonunda ötən ili 1 499 nəfərə, üçüncü yerdə olan Şirvan şəhərində isə 706 nəfərə işsiz statusu verilib.

 

Siyahıda rəsmi işsiz statusu alanların sayına görə, növbəti yerdə Gəncə-Qazax iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu iqtisadi rayonda 1 941 nəfər rəsmi işsiz statusu alıb ki, onlardan 149 nəfərinə işsizliyə görə müavinət verilib.

 

Sözügedən iqtisadi rayonda işsiz statusu alanların sayına görə Gəncədə liderdir. Belə ki, ölkənin ikinci ən böyük şəhərində bu statusu alanların sayı 580 nəfərə çatır. 449 işsizi olan Qazax rayonu ikinci yerdə qərarlaşdığı halda, üçlüyü qapayan Şəmkir rayonunda 269 işsiz var.

 

Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonu 1 694, Kəlbəcər-Laçın iqtisadi rayonu 1 321, Quba-Xaçmaz iqtisadi rayonu 892, Lənkəran iqtisadi rayonu 876, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 831, Dağlıq Şirvan iqtisadi rayonunda 760 nəfər rəsmi işsiz statusu alıb. Naxçıvan iqtisadi rayonu üzrə bu göstərici açıqlanmayıb.

 

Qeyd edək ki, rəsmi işsiz statusu verilmiş şəxslərin 39,4%-ni qadınlar təşkil edib.

 

İşsizliyə görə müavinətin orta məbləği 289,2 manat olub.

 

Cari ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 840,7 min nəfər olub. Onlardan 4 602,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

Qeyd edək ki, ölkədə rəsmi işsiz statusu alanların sayı iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların 0,62%-i təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR