Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları regionlara kredit qoyuluşunda maraqlı deyil - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları regionlara kredit qoyuluşunda maraqlı deyil - <span style="color: red;">ARAŞDIRMA
# 06 yanvar 2015 11:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin dekabrın 1-nə 18 mlrd. 151 mln. 946,8 min manat təşkil edib ki, bunun da 83,3%-i və ya 15 mlrd. 118 mln. 529,1 min manatı Bakı şəhərinin payına düşüb.

 

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 11 ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 1 mlrd. 071 mln. 299,4 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 5,9%-ni təşkil edir.

 

Kredit qoyuluşunun 3,2%-i Abşeron iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin yanvar-noyabr aylarında Abşeron iqtisadi rayonuna 584 mln. 089,6 min manatlıq kredit qoyulub.

 

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 78 mln. 245,2 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna isə bundan 2,5 dəfə az- 31 mln. 579 min manat olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR