Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb
# 14 sentyabr 2015 09:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin sentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06% artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,16%-i (1 849 883 nəfər) kişi, 40,84%-i (1 277 022 nəfər) isə qadındır.

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94%-ni (779 763 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39%-ni (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62%-ni (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15%-ni (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9%-ni (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR