Bank Of Baku

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb
# 25 iyun 2013 11:35 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 117 185,8 min manat həcmində gömrük vergi və rüsumları köçürülüb.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu vəsaitin 23 098,25 min manatı gömrük rüsumları, 88 524,99 min manatı ƏDV, 3 936,71 min manatı aksizlər, 1 625,87 min manatı isə yol vergisinin payına düşüb.

 

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində DGK xətti ilə dövlət büdcəsinə 522,850 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 14,91% çoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR