Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 141 mln. 590,34 min manat təşkil edib.
“APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 mln. 334,9 min manat və ya 4,68% çoxdur.
Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 31 mln. 057,99 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 100 mln. 632,66 min manat, aksizlər üzrə 8 mln. 436,51 min manat, yol vergisi üzrə isə 1 mln. 463,18 min manat təşkil edib.