Bank Of Baku

Azərbaycanda I rübdə gömrük orqanları üzrə büdcə daxilolmaları 15% artıb

Azərbaycanda I rübdə gömrük orqanları üzrə büdcə daxilolmaları 15% artıb
# 15 aprel 2013 12:45 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 109 930,75 min manat vergi və rüsumlar toplanıb. Bu barədə «APA-Economics»ə DGK-dən bildirilib. Ötən ilin mart ayı ilə müqayisədə büdcə daxilolmaları 14,9% artıb.

 

Komitədən verilən məlumata görə, mart ayında toplanan məbləğin 24 739,12 min manatı gömrük rüsumları, 80 183,65 min manatı ƏDV, 3 806,28 min manatı aksizlər, 1 201,7 min manatı yol vergilərinin payına düşüb.

 

Ümumilikdə, bu ilin yanvar-mart aylarında DGK-nin xətti ilə büdcəyə 289 513,23 min manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artıqdır.

 

Bu ilin I rübündə DGK-nin xətti ilə toplanan məbləğin 60 281,29 min manata gömrük rüsumları, 216 053,36 min manatı ƏDV, 9 516,85 min manatı aksizlər, 3 661,73 min manatı isə yol vergilərinin payına düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR