Bank Of Baku

Azərbaycanda illik inflyasiya 1,3%-ə düşüb

Azərbaycanda illik inflyasiya 1,3%-ə düşüb
# 15 noyabr 2012 14:50 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda oktyabr ayında sentyabr ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5% artıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri sentyabr səviyyəsində qalıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Məlumata əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər 10 ay ərzində 1,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, xidmət tarifləri 1,3% artıb.

 

Qeyd edək ki, yanvar-sentyabr aylarında inflyasiya 1,5% təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR