«APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.
Beləliklə, Azərbaycanda iqtisadi artımda azalma müşahidə olunur, çünki yanvar-sentyabr ayları üzrə bu göstərici 1,1%-ə bərabər olub. Lakin qeyd olunmalıdır ki, ötən illə müqayisədə iqtisadi artım tempində yüksəmə baş verib. Belə ki, 2011-ci ilin yanvar-oktyabr aylarında iqtisadi artım cəmi 0,3% olub.
ÜDM-in 66,7%-i iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 50,9%-i sənayenin, 9,9%-i tikintinin, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşüb, 27,0%-i isə xidmət sahələrində yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3%-ni təşkil edib.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4% artıb, onun ÜDM-də xüsusi çəkisi 50,8%-ə çatıb. Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,3%, informasiya və rabitə xidmətlərində 17,2%, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 16,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,9%, nəqliyyat və anbar təsərrüfatında isə 2,0% artıb.