Bank Of Baku

İşsizlikdən sığorta vəsaitlərinin mənbələri açıqlanıb

İşsizlikdən sığorta vəsaitlərinin mənbələri açıqlanıb
# 13 may 2017 08:59 (UTC +04:00)

Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. APA-nın məlumatına görə, bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (İşsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
 

Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

- bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları;

- bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

- “Qran haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- bank kreditləri;

- qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr;

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR