Bank Of Baku

Azərbaycanda istehlak bazarı 9% artıb

Azərbaycanda istehlak bazarı 9% artıb
# 13 iyun 2015 12:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 12,5 mlrd. manat olmaqla 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,9% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarı üzrə real artımın 82,0%-i ticarət, 18,0%-i xidmət fəaliyyətinin hesabına yaranıb.

 

Bu ilin ilk beş ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,3% üstələyərək 11,9 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 99,0%-i özəl bölmənin sayəsində təmin edilib.

 

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 263,7 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,0 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR