Bank Of Baku

Azərbaycanda ixracın 5%-i özəl sektorun payına düşür

Azərbaycanda ixracın 5%-i özəl sektorun payına düşür
# 25 iyun 2013 09:10 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə ixrac olunan malların 95%-ə qədəri dövlət sektorunun payına düşüb.

 

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-may aylarında ölkədən 10 365 804,22 min ABŞ dolları həcmində ixrac olunan malların 9 784 347,18 min dolları və ya 94,39%-i dövlət sektoru, 520 738,96 min dolları və ya 5%-i özəl sektorun, 60 718,08 min dolları və ya 0,59%-i isə fiziki şəxslərin payına düşüb.

 

Ölkəyə idxalda isə əsas yeri özəl sektor tutur. Yanvar-may aylarında Azərbaycana 4 359 811,75 min dollarlıq idxalın 2 715 091,10 min dolları və ya 62,28%-i özəl sektor, 1 418 776,90 min dolları və ya 32,54%-i dövlət sektoru, 225 943,75 min dolları və ya 5,18%-i isə fiziki şəxslərin payına düşüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR