Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 458,5 mln. manat və ya 48,9% artaraq 2014-cü ilin aprelin 1-nə 4 442,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin mart ayında xarici öhdəliklərin həcmi 209,8 mln. manat və ya 4,96% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin aprelin 1-nə 2 802,1 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 553 mln. manat və ya 24,6% artıb. O cümlədən, bu ilin martında 238,3 mln. manat və ya 9,3%-lik artım baş verib.